27 Sentyabr Anim Gunu

27 Sentyabr tarixində Vətən Müharibəsi zamanı şücaətlə döyüşmüş və canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2 Dekabr 2020-ci il tarixli sərəncama əsasən hər il 27 sentyabr Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Anım Günü” kimi qeyd olunur. İlk dərslər “ Anım günü” nə həsr olundu. Daha sonra müəllimlər şagirdlərə Anım Gününün mahiyyəti və məğzi torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının qəhrəmanlıqlarından bəhs etdilər və təqdimat nümayiş etdirdilər.
Şəhidlər yaddaşımızda əbədi yaşayacaqlar. Allah Şəhidlərimizə rəhmət eləsin!