Anim gunu

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Məktəbdə UBTR T. Məhərrəmova, Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı A. Vəliyeva və
Psixoloq K. Hüseynovanın təşkilatçılığı ilə “Anım Günü “ adlı tədbir təşkil olundu. Tədbirdə şagirdlər şeirlər , işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlarla çıxış etdilər.