Bilik Günü

35 nömrəli tam orta məktəbdə"Bilik Günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb məzunları və valideynləri, müəllim, şagird heyəti, valideynlər iştirak etdilər.
 Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
 Daha sonra məktəbin direktoru Rəna Naibova ötən tədris ilində məktəbin qazandığı uğurlarından söz açdı və yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən danışaraq məktəb kollektivinə yeni tədris ilində uğurlar arzuladı
 Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi və sonda birincilər şeir oxuyaraq, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi