Son zeng

Məktəbdə keçirilən   “Son zəng” tədbirlərində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov,   pedaqoji işçilər, valideynlər və məzunlar iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək  məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək  bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.Nəsimi rayon İcra Hakimiyyətinin başçısı  müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar dilədi.

Məktəbin direktoru R. Naibova da çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzu etdi. “Son Zəng” tədbirlərində iştirak edən  məzunlar, onların valideynləri və müəllimləri  Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. “Son zəng” tədbirləri  məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi