“Narkomaniya – bəşəriyyətin bəlası” rəsm sərgisi

Məktəbin UBTR T. Məhərrəmovanın təşkilatçılığı ilə “Narkomaniya – bəşəriyyətin bəlası adlı rəsm sərgisi təşkil olundu.
Məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı bilikləndirmək,istedadlı və yaradıcı gənclərin bacarıqlarını üzə çıxartmaq və dəstəkləməkdir.
Sərgidə şagirdlər narkomaniyanın törətdiyi fəsadları əsərlərində nümayiş etdirərək gəncləri bəşəriyyət üçün ən böyük bəladan uzaq olmağa səsləmişlər.