Canlı aləmin müxtəlifliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri tərəfindən Bakı Zooloji Parkında dərslər keçirilir. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.Məktəbin müəllimi R. Ağamalıyeva “ Canlı aləmin müxtəlifliyi” mövzusunda dərs təşkil etmişdir, aparılan dərs şagirdlər tərəfindən maraqla qarşılanmışdır.