Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi

Məktəbin kitabxana müdiri M. Qasımovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi mövzusunda tədbir keçirilib. Cəmiyyətimizin nümayəndələri şair və yazıçılarımızın əsərlərinə müraciət etmələri, poeziyanın ekoloji tərbiyədə rolu qeyd edilib. Bu baxımdan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Səməd Vurğun, Əhməd Cavad, Məmməd Araz, İsa Hüseynov, Hüseyn Arifin və digər yazıçılarımızın yaradıcılığında bu məsələyə münasibəti araşdırıb, onu təqdim etməyin vacibliyi vurğulanıb.