Şagird təhlükəsizliyi ilə bağlı monitorinqlər davam etdirilir

Şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan sərbəst hiss etmələri üçün maarifləndirmə tədbirləri keçirilir.
Ümumtəhsil məktəblərində normal iş ahənginin qurulması və təlim- tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması , təhsil müəssisələsində təhlükəsiz mühit yaradılması məqsədilə monitorunqlər davam etdirilir.Təhlükəsizlik məqsədilə aparılan yoxlamalar bu dəfə ibtidai siniflərdə aparıldı, şagirdlər maarifləndirildi, çantalara baxış keçirildi.