28 May- Azərbaycanın Müstəqillik Günüdür

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Müstəqillik Günü artıq 3 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur.Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.
Məktəbdə bugünə özəl tədbir təşkil olundu. Şqgirdlər müxtəlif şeirlər söylədilər, Vətənpərvərlik mahnıları səsləndirildi. Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olundu.