Respublika çempionatı

Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə “Məktəblilərin respublika çempionatı” keçirilmişdir. Çempionatın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, sinifdənxaric və məktəbdənkənar işi yaxşılaşdırmaq, idmançıların yarış təcrübələrini artırmaq, olimpiya idman kompleksləri və idman bazalarından səmərəli istifadəni təmin etməkdir.
Məktəbdə də cüdo üzrə çempionat təşkil olundu, idmançı şagirdlər yarışda həvəslə iştirak etdilər.