Görünməyən qəhrəmanlarımız

Qarabağda tarix yazan Vətən oğullarına olan vəfa borcumuz, ehtiram ifadəmiz isə hər gün, hər andır. Unutmamalıyıq ki, bu gün Qarabağa böyük qayıdışın sevinci onlar sayəsindədir. Viran qalmış yurd yerlərimizdə bu gün yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir. Məktəbin psixoloqu K. Hüseynova, Şagirdlərlə sinifdənxaric və məktəbdənkəbar işi üzrə təşkilatçı müavin A. Vəliyeva və UBTR T. Məhərrəmovanın təşkilatçılığı ilə “ Görünməyən qəhrəmanlarımız”adlı vətənpərvərlik tədbiri təşkil olundu. Şagirdlərə film nümayiş olundu. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir.