Çimərlik mövsümündə təhlükəsizlik
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmətədbirləri barədə” 3-29/3-2-460F/2023 nömrəli, 18.07.2023-cü il tarixli əmrinin icrası ilə əlaqədar, Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə hazırladıqları təhsilalanların və təhsilverənlərin maarifləndirilməsinə dair məlumatlar göndərilmişdir. Məktəbin UBTR T. Məhərrəmova, şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işi üzrə təşkilatçı A. Vəliyeva və psixoloq K. Hüseynova təhsilalanların maarifləndirdilər və videoçarxlar nümayiş olundu. Maarifləndirmə həmçinin simiflərdə də aparıldı.