Gələcəyini Qur

   “Gələcəyini Qur!” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən və bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən gəncliyə dəstək layihəsidir. Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə müddətində şagirdlərin hər tərəfli fərdi inkişafı və karyeralarını planlaşdırmaları üçün müxtəlif təlimlər, ölkəmizin aparıcı universitetlərində seminarlar və təqdimatlar, özəl şirkətlərə və beynəlxalq sərgilərə səfərlər, uğur qazanmış gənc nəslin nümayəndələri ilə görüşlər və bənzər tədbirlər nəzərdə tutulmuşdur.Layihə çərçivəsində məktəbdə maarifləndirici seminar təşkil olunaraq şagirdlər maarifləndirildi, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi