Bitkilərin mühafizəsi

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə məktəbdə tədbirlər davam edir. Məktəbin müəllimi G. Bağırovanın təşkilatçılığı ilə “ Bitkilərin mühafizəsi “ istiqamətində tədbir təşkil olundu. Şagirdlər bitkilərə qulluq edib, onlar haqqında məlumat verdilər. Müxtəlif bitkilərin rəsmlərini çəkdilər.