Pedaqoji şuranın növbəti iclası

 Məktəbin Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Rəna Naibova iclasın gündəliyini elan etdi.
 İclasda bir sıra məsələlər müzakirə olundu. Məktəbin direktoru "Məktəbdə təhlükəsizlik mühitinin yaradılması" mövzusunda geniş məruzə etdi.
 Təlim-tərbiyə işləri üzrə direktor müavini Azad Sofuyev IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini kollektivin diqqətinə çatdıraraq təhlil apardı. Metodbirləşmə rəhbərləri tədrisin vəziyyəti, metodiki görüşlərin təşkili, fənn aylıqlarının keçirilməsi ilə bağlı çıxışlar etdilər.
 Məktəbdə tərbiyə işinin təşkili mövzusunda təşkilatçı müavin A. Vəliyeva çıxış etdi.
 İclas qarşılıqlı diskusiya şəklində keçdi və sonda müəllimləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi