Tarixi Abideler ve Tarixi Yerler

Bildiyimiz kimi, hər il 18 Aprel dünyada Tarixi Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur. Məktəb olaraq hər il olduğu kimi bu il də, tarixi məkanlarımızdan olan Mərdəkan dairəvi və dördkünc qala komplekslərinə məktəb şagirdləri və Tarix müəllimlərinin birgə iştirakı ilə ziyarət təşkil edildi. Bələdçilər tərəfindən şagird kollektivinə qalanın tarixi ilə bağlı maraqlı faktlar söylənildi. Belə ekskursiyaların mütəmadi olaraq təşkil edilməsi ilə öyrəncilərdə vətənə, onun maddi və mədəni irsinə xüsusi qayğı və sevgi hissləri artır.