Ətraf mühitin qorunması

Məktəbimizin kimya və həyat bilgisi müəllimi Şirinova Ramilə 9A sinif şagirdləri ilə ətraf mühitin qorunması haqqında məşğələ təşkil etmişdir.Şagirdlər yaşadıqları şəhərdə ətraf mühiti çirkləndirən amillər haqqında öz fikirlərini bildirmişlər. Neft tullantıları, zibilliklərin yaranması, avtomobillərin, fabrik və zavodların buraxdıqları tüstülərin zərəri haqqında danışdılar.Həmçinin müxtəlif təbiət amillərinin də ekologiyaya vurduqları zərərdən danışdılar.Sonra şagirdlər müəllimin köməyilə Yanardağın mini modelini yaratmaqla havanın yanmış qazlarla çirklənməsinə diqqət çəkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi