Şahinlər

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilib. Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.Məktəbin şagirdləri hərbi- idman oyunlarında iştirak etdilər, yüksək ruh yüksəkliyi ilə fəallıq göstərdilər.