"Heydər Əliyev və Azərbaycan tarixi" adlı referat-yazı müsabiqəsi

Ənənəvi olaraq hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon mərhələsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə və Azərbaycan dövlətinin formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Digər bir məqsədi isə H.Əliyev amilinin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsini məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlarda tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər” in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanmasıdır.
10-cu sinif şagirdimiz Bayramov Ayxan da müsabiqədə yer almışdır. Təqdimat mövzusu "Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşləri" idi. Ayxan, rayon mərhələsində qalib seçilənlər arasında olaraq məktəb kollektivini layiqli çıxışı ilə sevindirdi.