Tarix və coğrafiya metodiki görüş

Bu gün məktəbdə Tarix-coğrafiya metodbirləşmə rəhbəri Zinaida Musayevanın təşkilatçılığı ilə Tarix və Coğrafiya fənn müəllimləri, məktəb rəhbərliyinin birgə iştirakına əsaslanan metodiki görüş keçirildi. Müzakirə mövzusu olaraq "Dərslərdə şagird aktivliyinə doğru istiqamətlər" adlı məsələ ətrafında diskussiyalar aparıldı. Hər kəsin fikirləri dinlənilib təhlil olundu. Maraqlı və fərqli yanaşmaların icra olunması üçün müəyyən qeydlər aparıldı və icra olunması labüd hesab olundu.