Vətənpərvərlər şəbəkəsi – təbliğatçı qrupların yaradılması

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətənpərvərlər şəbəkəsi – təbliğatçı qrupların yaradılması” lahiyəsi çərçivəsində seminarlar təşkil edir. Azərbaycan Vətəndaşı Cəmiyyətinin İnkişafına Yardım Asossiyasının iştirakı ilə məktəbimizdə də “ Vətənpərvərlik” mövzusunda seminar keçirildi. Seminarda 9-10-11-ci sinif şagirdləri iştirak etdi.Şagirdlər çox maraqla aparılan söhbətə qulaq asdı. Onları maraqlandıran suallar verdilər, seminarda çox fəal iştirak etdilər.