Ümumdünya psixoloq günü qeyd edildi.

10 oktyabr 2016-cı il Bakı şəhəri Nəsimi rayonunun 35№li tam orta məktəbində ümumdünya psixologiya günü qeyd olunub. 7 sinif şagirdləri ilə birlikdə məktəbin müəllim – psixoloqu Əliyeva Sümbül Bərgah qızı psixologiya elminin tarixinə ekskurs edərək bizim eradan əvvəl IV əsrdə yaşayıb,yaradan yunan filosofu Aristotelin “ Ruh haqqında” məşhur traktatını, alman alimi Xristian Volfun “ Emperik psixologiya” kitabını, Rusiya və Azərbaycanın tanınmış alim-psixoloqlarını F.İbrahimbəyov , M.Həmzəyev, Ə.Bayramov, İ.Məmmədov, Ə.Əlizadə kimilərini yada salmışlar. Şagirdlər psixologiyanın predmeti və obyekti haqqında söhbət açdılar. Psixologiya elmi insanların fərdi psixoloji xüsusiyyətlərini və şəxsi keyfiyyətlərini fəaliyyət və ünsiyyət prosesində formalaşdırır. İnsanın özünü və ətraf aləmi dərs etməsində böyük rol oynayır.