Müəllimlər günü

5 Oktyabr Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb “ Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.” Prezidentimiz İlham Əliyevin müəllimlərə göstərdiyi qayğının bir nümunəsi olaraq məktəbimizin İngilis dili müəllimi Talıbova Pərvanə “ Tərəqqi medalına” laiq görülmüşdür. Bu münasibətlə məktəbimizin direktoru Rəna xanım və məktəb müəllimləri Pərvanə müəlliməni təbrik etdilər.