Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında
“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbimizdə 2 “Məktəbə hazırlıq” qrupu fəaliyyətə başlamışdır. Dərslər oktyabr ayından keçirilir. Uşaqları dərsin ilk günü məktəbimizin direktoru Rəna xanım qarşıladı. Onları məktəbə gəlmələri münasibəti ilə təbrik etdi.