«Son zəng» tədbiri keçirildi

14 iyun 2016-cı il tarixdə ənənəyə uyğun olaraq «Son zəng» tədbirinin keçirildiyi 35 saylı tam orta məktəb 2012/2013-cü tədris ilinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibi və məktəbin 3 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar.2011-ci ildə 35 saylı tam orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunmuş, əlavə korpus və idman zalı tikilmişdir. Bu il məktəbi 55 nəfər məzun bitirir. Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 35 saylı tam orta məktəbin direktoru Rəna Naibova məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. “Son zəng” tədbirində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışmışdır.Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir. Tədbirdə Milli Məclisin üzvü Fazil Mustafa, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi