1 İyun Uşaqların Müdafiə Günüdür.

Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Bu bayram münasibətilə məktəbimizdə bir sıra tədbirlər keçirildi.Belə tədbirlərdən biri də 4c sinfində keçirildi.Uşaqlar şən əhval-ruhiyyədə idilər.Onlar əllərində dövlətimizin və digər dövlətlərin bayraqlarını tutaraq mahnılar oxudular, rəqslər etdilər.Onlar insanları sülhə səsləyən, vətənpərvərlik, uşaqlara sevgi mövzularına aid şeirlər söylədilər.Mövzu ilə bağlı olaraq çəkdikləri rəsmləri nümayiş etdirdilər.