“Amerikanın kəşfi “ təhsil proqramı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil şöbəsinin rəhbəri Emi Petersen və Bakı America Mərkəzinin direktoru Şəhla Xudiyevanın dəstəyi ilə “Discover America”-“Amerikanın kəşfi” təhsil proqramı təşkil olunmuşdur. Azərbaycan Dillər Universitetinin nəzdində olan Amerika Mərkəzində fevral ayının 19dan -may ayının 27-ə kimi müəllim və tələbələr üçün “Discover America” –“Amerikanın kəşfi”təhsil proqramı davam edib. Məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova həmin seminarda iştirak edib.Seminar Amerikanın müxtəlif ştatlarının Universitet müəllimlərinin təqdimatları ilə 8 müxtəlif maraqlı mövzulardan ibarət idi.Üç ay davam edən seminarda fəal iştirak edən Sədaqət müəllimə , proqramın sonunda müvəffəqiyyət sertifikatıb alıb. Proqramın iştirakçıları , müəllim və tələbələri proqramın təşkilatçıları olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı şəfirliyinin və ADU-nun Amerika Mərkəzinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını bidiriblər.