28 May Respublika Günü

27 may 2016-cı il tarixində məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova “28 may Respublika günü” münasibəti ilə bağlı dəyirmi masa keçirib. Dəyirmi masada 7b sinfinin şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Sədaəqt müəllimə şagirdləri Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan “28may Respublika günü” münasibətilə ürəkdən təbrik etdi. Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifə olduğunu qeyd etdi. Müstəqilliyini bərpa etdikdiən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Tədbirdə Cümhuriyyət dövrünə bir nəzər salındı, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edildi, dövlət quruculuğu təcrübəsindən çəkilmiş video çarx nümayiş etdirildi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstərişi haqqında 7b sinif şagirdi K.Sadıqov məlumat verdi. S.Cəfərov 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Ə.Topçubaşovun, M.Rəsulzadənin, F.Xoyskinin, H.Ağayevin, N.Yusifbəylinin, Ş.Mehmandarovun, Ə.Şıxlinskinin və başqalarının böyük xidmətləri haqqında danışdı. S.Mahmudova xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdirdikdən sonra ümummilli liderimiz H.Əliyevin rəhbərliyi altında xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığı barədə məlumat verdi. Sədaqət Məmmədova bu gün möhtərəm Prezidentimiz cənab İ.Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş , cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirildiyini,bu sahədə qazanılmış nailiyyətlər qürur doğurduğunu, Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatı dönəmindən inkişaf etdirildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görüldüyünü qeyd etdi. Sonda şagirdlər xorla dedilər: Bir kərə yüksələn bayraq Bir daha enməz! Sən bizimləsən bizimləsən Durduqca bədəndə sən Yaşa çox yaşa Eyşanlı Azərbaycan!!!