1 İyun Uşaqların Müdafiə Günü.

1 İyun Uşaqların Müdafiə Günü münasibəti ilə artıq ölkəmizin hər yerində müxtəlif tədbirlər həyata keçirilir.Belə tədbirlərdən biri də 26 may 2016-cı il tarixdə Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən Zorge adına parkda təşkil olunmuş tədbir idi.Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı, nümayəndələri, rayon ziyalıları, həmçinin məktəblilər, uşaq bağçalarının üzvləri iştirak edirdilər. 35 nömrəli tam orta məktəbin direktoru Rəna Naibova, ibtidai sinif müəllimi Yasəmən Bayramova və 4c sinif şagirdləri də bu tədbirdə iştirak edirdilər.Şagirdlərdən Əsgərova Selcan, Əhməd Nihad, Cəfərli Zəhra, Bəxtiyarlı Bəhruz, Hüseynli Murad və Əliyev Tuncay asfalt üzərində mövzu ilə bağlı maraqlı kompozisiyalar çəkdilər.Onların çəkdikləri şəkillər iştirakçıların marağına səbəb oldu.Həmin sinfin 5 şagirdi-Taleh, Fuad, Mehdi, Tuncay , Ümid nağara ilə maraqlı nömrələrlə çıxış etdilər Tədbirdə nağıl qəhrəmanlarının, gözbaglayıcıların, psixoloqların iştirakı məktəblilərin sevincinə səbəb oldu