6-cı sinif şagirdlərinin valideynləri ilə iclas.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil pilləsi üzrə təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirlir. Ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti barədə geniş məlumat əldə etmək, nəticələrin müqayisəli təhlilini aparmaq və çatışmazlıqları müəyyən etmək məqsədi ilə iyun ayının 4 və 11 2016-cı tarixində Bakı şəhərində yerləşən bütün ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə məktəbdaxili qiymətləndirmənin təşkil olunması nəzərdə tutulmuşdur. Qiymətləndirmə Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Bakı şəhəri 35№-li tam orta məktəbin müdiriyyəti bildirir ki, 04.06,11.04.2016-cı il tarixində Bakı şəhərinin orta məktəblərinin VI siniflərində aparılacaq qiymətləndirilmənin təlimatı, cavab kart nümunəsi əvvəl şagirdlərə izah edilmiş, nümunələrin doldurulması qaydaları öyrənilmişdir. Qiymətləndirmənin vaxtı və yerləşdiyi təhsil müəssiəsinin adı və ünvanı şagirdlərə çatdırılmışdır. Bununla əlaqəli 26.05.2016-cı ildə məktəbin VI siniflərinin valideynləri məktəbə dəvət edilmiş və onlara bu haqda geniş məlumat verilmiş, qiymətləndirilmənin təşkil olunmasının məqsədi tam şəkildə açıqlanmış, valideynlər tərəfindən verilən suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi