Şagirdlərdə “ Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi”

Azərbaycanın tarixini, dövlət qarantı olan ordunun fəaliyyətini məktəblilər yaxşı öyrənməlidirlər.Hər bir şəxsdə vətənpərvərlik hissi məktəblərdən formalaşdırılmalıdır. Məktəblilər bilməlidir ki, onun müstəqil dövləti və qüdrətli ordusu var. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biri hesab edilir. Şagirdlərdə vətənpərvərlik hissinin artırılması kimi tədbirlərdən biri də hərbi hissələrə ekskursiyalarının təşkil olunmasıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 aprel 2016-cı il tarixli 2099-03/06 nömrəli məktubuna əsasən məktəblilərin hərbi vətənpərvərlik ruhunda böyüməsi, eləcə də, müasir təlim metodlarına yiyələnməsi istiqamətində Bakı şəhəri 35№-li tam orta məktəbində növbəti addım atıldı. 21 may 2016-cı il tarixində məktəbin direktoru R.Ə.Naibova, direktor müavinləri A.K.Sofuyev, A.L.Vəliyeva, məktəbin hərbi rəhbəri, müəllimlər və bir qrup 8,9,10,11-ci sinif şagirdləri N-saylı təlim tədris mərkəzinin təlim düşərgəsində və hərbi hissədə oldular. Məktəbliləri hərbi hissənin yüksək rütbəli zabitləri qarşıladılar.Əvvəlcə şagirdlərə təlimatlar verildi. Daha sonra şagirdlər müəyyən qruplara bölünərək onlara zabitlərdən ibarət rəhbər təyin olundu. Təhkim olunmuş zabitlər şagirdlərə döyüş və təlim zamanı istifadə olunan bir sıra texnikanı canlı şəkildə nümayiş etdirdilər.Şagirdlərin marağına səbəb olan sualları hər tərəfli şəkildə cavablandırdılar. Şagirdlərə Silahlı Qüvvələrin təchizatında olan silah,sursat,mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri, əyani şəkildə göstərildi.Şagirdlərdə silahla davranış qaydaları maraqla qarşılandı. Silahların sökülməsi, təmizlənməsi, eləcə də yığılması məktəblilərə nümayiş etdirildi. Şagirdlər döyüş zamanı istifadə olunan Kalaşnikov avtomatlarından atəş açdılar, təlim üçün nəzərdə tutulmuş əl qumbaraları atdılar. Nahar fasiləsi zamanı şagirdlərə hərbi hissənin səyyar yeməkxanasında yemək verildi. Daha sonra şagirdlər şəxsi heyətin məişət şəraiti ilə tanış oldular. Əsgərlərin gündəlik xidməti , istirahət vaxtında məşğuliyyətləri, yataqxana, yeməkxana ,yeməkxananın anbarındakı mövcud şərait şagirdlərdə böyük maraq yaratdı. Şagirdlər hərbi hissədə xatirə şəkilləri çəkdirdilər.Sonra məktəbin direktoru N-saylı hərbi hissənin rəhbərliyinə göstərdikləri hər cür şərait və qayğıya görə öz minnətdarlığını bildirdi. Məktəblilərin əsgər və zabit heyəti ilə görüşləri, müxtəlif tədbirlərdə iştirakları mütəmadi olaraq nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi