Vətən keşiyində duran “Əsgərə məktub”

Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü ilə orta məktəb şagirdləri arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün Vətənin keşiyində duran əsgərlərə “Əsgərə Məktub” layihəsi təşkil olunmuşdur. Layihənin əsas məqsədi səngərlərdə duran igid əsgərlərimizə mənəvi və psixoloji dəstək verməkdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə dəstək üçün “Asan Könüllüləri”nin “Əsgərə məktub!”layihəsinə start vermişdir. Bu təqdirə layiq təşəbbüsə bütün məktəblilər kimi Bakı şəhəri 35 №li tam orta məktəbin şagirdləri də qoşuldu. Məktəbimizin şagirdləri bu layihəyə qoşularaq onu göstərməyə çalışmışlar ki, dövlətimiz tərəfindən hər cür maddi –texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyac mənəvi dəstək olmaqdır. Ona görə də məktəbin şagirdləri bütünlüklə bu layihəyə qoşularaq bildirməyə çalışdılar ki, Azərbaycan Əsgəri sən cəsursan, igidsən, qorxmazsan! Vətən üçün bir sipərsən! Bəli bizi qələbəyə aparan Azərbaycan əsgəri bizim arxamız,dayağımızsan! Şagirdlər soyuq səngərdə Vətən keşiyində duran əsgərlərimizə can sağlığı, qələbə sevincləri arzuladıqlarını öz məktublarında bildirdilər. Onların yazdıqları məktublar əsgərlərimizin qəlbərinə yeni bir ruh gətirəcək və Vətənimizi daha ayıq-sayıq qoruyacaq.