1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

30.05.2025-ci il tarixində məktəbdə İbtidai sinif müəllimi Natəvan Abdullayeva, Uşaq Birliyinin təşkilatçı rəhbəri Aysel Qəribova və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əlizadənin təşkilatçılığı ilə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibətilə 1A sinfində bayram tədbiri təşkil olunub.
Tədbirdə məktəbin direktoru Nəcibə xanım Axundova, müəllimlər, şagirdlər və valideynlər iştirak edib. Tədbirdə 1 A sinif şagirdlərinin ifasında mahnılar, səhnəciklər, rəqslər nümayiş olunub, nağıl personajları canlandırılıb. Sonda məktəbin direktoru Nəcibə xanım Axundova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Uşaqları xoş və səmimi sözləri ilə çox sevindirib.
Daha sonra tədbir təşkilatçılarını və şagirdləri fəxri fərman və sertifikatlara təltif edib, onlarla xatirə şəkilləri çəkdirib.