Bəhruz Sultanov adına 34 nömrəli li tam orta məktəb 1959-cu ildə istifadəyə verilib. 2012-ci ildə əsaslı təmir olunub. Məktəb bir növbəli, 5 günlük iş rejimi ilə işləyir. Təhsil ocağı dördmərtəbəli və birtiplidir. Məktəbdə 27 sinif otağı o, cümlədən fizika, biologiya, kimya, tarix, informatika, texnologiya kabinetləri, fizika və kimya laboratoriyaları, eyni zamanda kitabxana, akt zalı, idman zalı, yeməkxana, tibb otağı fəaliyyət göstərir. Təhsilalanların sayı 589 nəfərdir. Məktəbdə çalışan müəllimlərin sayı 81, fəxri ad qazanan müəllimlərin sayı 2 nəfərdir. Hər il təhsil müəssisəsini bitirən məzunların böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə göstərərək tələbə adını qazanırlar.