Məktəbin 10a sinif şagirdi Məmmədov Tunar Elmar oğlu 18 dekabr 2022-ci il tarixində keçirilən ABŞ-ın Kopernik Riyaziyyat Olimpiadasının seçim turunda uğurlu çıxışına görə beynəlxalq sertifikatla təltif olundu və finala vəsiqə qazandı. İyun ayında ABŞ-ın Nyu-York şəhərində keçiriləcək final mərhələsində Tunara uğurlar arzu edirik.
Tural Baxşızadə Röyal Fənn: Fiziki tərbiyə
Tural Baxşızadə Röyal
Sinif: 4 "B"
Bölmə: Azərbaycan
"VƏTƏN" VƏTƏNƏ QIZIL MEDALLARLA QAYIDIB Aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə mərhələ oyunları keçirilib. Yarışlarda "Vətən" RİOEUG futbol məktəbinin 10 yaşlılardan ibarət komandasında məktəbimizin IV a sinif şagirdi Baxşızadə Tural Röyal oğlu da iştirak etmişdir. Samir Əbdürrəhmanovun rəhbərliyi ilə bütün rəqiblərini üstələyən komandamız finalda İstanbulun "Bəylikgücü" komandasını da sıradan çıxararaq "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə mərhələsinin qalibi olub.Turnirdə qazandığı qələbə sayəsində 10 yaşlılarımız Avstriyada min komandanın iştirakı ilə keçirilən dünyanın ən böyük futbol turnirinə vəsiqə qazanıb.
Bəhruz Allahyarov Bəhlul Fənn: Fiziki tərbiyə
Bəhruz Allahyarov Bəhlul
Sinif: 11"A"
Bölmə: Azərbaycan
Oktyabrın 28-dən 30-a qədər Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə gənclər arasında "Cumhuriyet Kupası" adlı beynəlxalq yarış keçirilmişdir
Məktəbimizin 11a sinif şagirdi Allahyarov Bəhruz Bəhlul oğlu bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür.