FƏXRİMİZ

              Sultanov  Bəhruz Yusif oğlu

 

Sultanov Bəhruz Yusif oğlu 1974-cü il mayın 25-də Ermənistan Respublikasının Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. Orta məktəbin yeddinci sinfini Ləmbəli kənd məktəbində bitirib. 1988-ci ilin noyabrında yüzlərlə azərbaycanlı ailəsi kimi Bəhruzun ailəsi də dədə-baba yurdunu tərk etməyə məcbur oldu. Ermənistan SSR-dən qovulmuş digər qaçqınlar kimi onlar da Azərbaycan torpağına üz tutdular. Əvvəlcə müvəqqəti olaraq Göyçay rayonunda, sonra isə Bakının Nərimanov rayonu ərazisində məskunlaşırlar. Bəhruz orta təhsilini 34 nömrəli tam orta məktəbdə tamamlayıb. Sonra Rabitə Nazirliyinin təsərrüfat emalatxanasında əmək fəaliyyətinə başlayıb. Bir il işlədikdən sonra, 1992-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb.

O, əvvəlcə Laçın rayonundakı 711 və 701 saylı hərbi hissələrdə xidmət edir. Laçın torpaqları və Hoçaz dağı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Düşmən Kəlbəcərə hücum edəndə Bəhruzgilin hərbi hissəsi oraya aparılır. Yoldaşlarının dediyinə görə Bəhruz düşmənin həmlələlərinə cavab verən birinçilər sırasında olub. Kəlbəcər işğal olunduqdan sonra B.Sultanov Xanlar rayonunun Hacıkənd sahəsində yerləşən 701 saylı hərbi hissənin kəşfiyyat tağımında rabitəçi vəzifəsində hərbi xidmətini davam etdirib. Bəhruz 1993-cü il avqustun 13-də Murov dağı uğrunda gedən döyüşlərdə boğaz nahiyəsindən aldığı qəlpə yaralarını müalicə etdirmək məqsədi ilə Bakı şəhər hərbi qospitalına gətirilir və sentyabrın 8-də qospitalda şəhid olur.   Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Subay idi. Oxuduğu 34 nömrəli tam orta məktəb şəhidin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi