2024-2025-ci tədris ilinin yekun Pedaqoji Şura iclası

30.06.2025-ci il tarixində məktəbdə 2024-2025-ci tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib.
İclasda məktəbin direktoru Nəcibə xanım Axundova və Təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova tərəfindən tədris ilinin yekunlarına dair hesabatlar təqdim olunub. Tədris prosesinin təşkili, müəllim və şagird nailiyyətləri və növbəti tədris ili üçün planlar geniş şəkildə müzakirə olunub.
Bununla yanaşı Uşaq Birliyinin təşkilatçı rəhbəri Aysel Qəribova, məktəb psixoloqu Mehriban Həsənova və kitabxana müdiri Ana Qəhrəmanova öz sahələri üzrə illik hesabatlarla çıxış ediblər. Şagirdlərin sosial-psixoloji vəziyyəti, keçirilən tədbirlər, oxu fəallığı və kitabxana işi ilə bağlı ətraflı məlumat verilib.
İclas zamanı bir sıra müəllimlər məktəb rəhbərliyi tərəfindən xüsusi olaraq təltif olunub.
65 yaşı tamam olan müəllimlər Əlləzova Ruhiyyə, Əliyeva Tünzalə və Əzizova Familə uzun müddətli pedaqoji fəaliyyətlərinə və təhsilə verdikləri töhfəyə görə tərifnamələrlə təltif olunublar.
Daha sonra sertifikasiya imtahanında müvəffəqiyyət qazanmış müəllimlərə isə məktəb rəhbərliyi tərəfindən gül buketləri təqdim olunub və onların yüksək nəticələri məktəb kollektivi tərəfindən alqışlanıb.
Keçirilən iclas həm tədris ilinin yekunu, həm də kollektiv həmrəyliyinin və qarşılıqlı dəyərin nümayişi olub.