Bilik Günü sevinci

            Bu gün məktəbdə yeni dərs ilinin başlanması münasibətilə Bilik Günü keçirilib.

Məktəbin direktoru Nəcibə xanım Axundova şagird və müəllimləri təbrik edərək, onlara uğurlar arzulayıb. Ali məktəblərə yüksək balla qəbul olan məzunlarımız təqdim edilib, onların uğurları hər kəs tərəfindən alqışlanıb. 

        Məktəbin adını daşıdığı şəhid Bəhruz Sultanov dərin ehtiramla yad edilib. Daha sonra ənənəyə uyğun olaraq şəhidin qardaşı Vüqar Sultanov ilə birlikdə məktəbin direktoru Nəcibə xanım Axundova ilk zəngi səsləndiriblər. 

        Ən gözəl anlardan biri isə 1-ci sinif şagirdlərinin şeirləri və çıxışları olub – onların səmimiyyəti tədbirə xüsusi rəng qatıb. 

Yeni 2025–2026-cı dərs ili uğurlu olsun! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi