Daha bir nailiyyət

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 liqasının həlledici qarşılaşmasında "Sabah" və "Qarabağ" futbol komandaları üz-üzə gəlib. Bu qarşılaşmada məktəbin 9B sinif şagirdi Firdovsi Şeydayev də Sabah FK üzvü olaraq yer alıb.
“Sabah” futbol komandası U15 liqasında 3-cü dəfə Respublika çempionu olub.
Oyundan sonra komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Şagirdimizi yaşıdları arasında çempion adını qazandığına görə məktəb kollektivi adından təbrik edirik, növbəti yarışlarda uğurlar arzulayırıq!