"Ənənədən Zirvəyə"

Nizami kino mərkəzində "Ənənədən Zirvəyə" adlı hesabat konsert tədbiri keçirilib. 5 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzinin il ərzində reallaşdırdığı tədbirlər təqdim olunub.
Tədbirdə məktəbin 7A və 7B sinif şagirdləri Təmirova Dəniz, Abbasov Ümid və Muradov Məhəmməd "Molla Nəsrəddin güldürür və düşündürür" layihəsi ilə iştirak ediblər. Şagirdlər gözəl təqdimat nümayiş etdiriblər. Onlar Molla Nəsrəddini Azərbaycan və Türk xalqlarının müdriklik simvolu kimi təqdim ediblər.