Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb

Bu gün məktəbdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq tədris və metodiki vəsaitlərlə təmin edilir. Dərs müddəti boyunca Elm və Təhsil Nazirliyi tərəfindən qrup uşaqlarına dəftərxana ləvazimatları, əyani vəsaitlərlə təmin olunublar.
Məktəbin hazırlıq qrupuna uğurla başa vuran uşaqlara yekun sertifikat təqdim olunub.