Yeni Azərbaycan Partiyasının 50 illik yubileyləri münasibəti ilə müəllimləri təbriki

26.05.2025-ci il tarixində məktəbdə YAP Nərimanov rayon təşkilatı tərəfindən 50 illik yubileylərini qeyd edən müəllimlər ziyarət edilib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının partiya təşkilatında müəllim vəzifəsində çalışan Könül Səfiyeva və Sahilə Məmmədovanın 50 illik yubileyləri münasibəti ilə görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nəzrin Əlizadə yubileyləri münasibətilə Könül Səfiyeva və Sahilə Məmmədovanı təbrik edib və onlara möhkəm can sağlığı arzu edib. Məktəbin direktoru Nəcibə Axundova bildirib ki, yubilyarlar işlədikləri kollektivdə böyük nüfuza sahib olmaqla yanaşı, doğma partiyamıza sədaqətlə xidmət ediblər, bu dövr ərzində ölkədə keçirilən seçkilərdə fəal iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında göstərdikləri xidmətlərə görə Könül Səfiyeva və Sahilə Məmmədovaya təşkilat adından Fəxri Fərman təqdim olunub. Göstərilən diqqətə və qayğıya görə yubilyarlar Yeni Azərbaycan Partiyasına və Nərimanov rayon təşkilatına öz dərin minnətdarlığını bildiriblər.