“Təbiət fənləri üzrə” aprel ayı çərçivəsində dərsdinləmələr

Məktəbin fəaliyyət planına əsasən “Təbiət fənləri üzrə” aprel ayı çərçivəsində dərsdinləmələr həyata keçirilib. Dərsdinləmələrin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, şagirdlərin tədqiqatçılıq bacarıqlarının üzə çıxarılması və müasir təlim texnologiyaların tətbiqindən istifadə etməkdən ibarətdir. Dərslərdə məktəbin direktoru Nəcibə Axundova, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Talıbova, məktəbin psixoloqu Mehriban Həsənova və fənn müəllimləri iştirak ediblər.
Təbiət fənlərindən maraqlı və bilik dolu yarışlar keçirilib. Şagirdlər müxtəlif mövzularda suallara cavab verərək təbiət elmləri sahəsindəki biliklərini nümayiş etdiriblər.
Yarışın məqsədi şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, həmçinin onları bu sahələrdə daha da irəliləməyə təşviq etmək idi. Yarış həm əyləncəli, həm də maarifləndirici bir mühit yaradıb. Sonda qalib olan komandalar mükafatlarlarla təltif olunublar.