“Narkomaniyaya qarşı mübarizə”

            25.04.2025-ci il tarixində məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin sədri, ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov, Nərimanov Rayon polis idarəsinin Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və Nərimanov rayon Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Emin Zeynalov iştirak ediblər.
        Tədbirdə çıxış edən polis polkovniki Eyvaz Nurməmmədov narkomaniya bəlasından danışıb. Bildirib ki, bu bəlanın yayılmasında gənclər önəmli rol oynayır. Qeyd edib ki, müasir gənclərimiz bizim milli-mənəvi dəyərlərimizə sadiq, yad təsirlərdən uzaq, bilikli, savadlı, vətənpərvər insan olmalıdırlar. 
        Tədbirin keçirilməsində  əsas məqsəd narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar haqqında şagirdlərin ətraflı məlumatlandırılmasından ibarət idi. Sonda sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyyələr verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi