“Böyük zəfərə yol açanlar”

        Bu gün məktəbdə azərbaycan dili müəllimi Sevil Əlizadənin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr edilmiş “Böyük zəfərə yol açanlar” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir məktəbin direktoru, şəhid valideynlərinin, Aprel döyüşləri iştirakçılarının, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavininin, müəllim heyəti və şagirdlərin iştirakı ilə keçirilib. Anım tədbiri Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları üçün işğal altında olan torpaqlarımızın ilk dəfə rəşadətli ordumuzun şücaəti nəticəsində azadlığa qovuşdurulmasını, aprel döyüşlərini özündə əks etdirən video- çarx nümayiş olunub. Tədbirdə şagirdlərdən ibarət xorun iştirakı ilə musiqi müəllimi Əsmər Ələkbərovanın rəhbərliyi altında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, şerlər oxunub. Ədəbi-bədii kompozisiyada Azərbaycan dili dərsliyində dərc olunan, aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yolunun sonuncu gününə həsr olunmuş “Yolun sonu” adlı mövzu əsasında şagirdlərin hazırladıqları səhnə xüsusi yer alıb. Aprel döyüşlərinin ildönümünə həsr edilmiş tədbirdə çıxış edən şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova, şəhid Müşfiq orucovun anası Aygün Orucova, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, övladlarının keçdiyi döyüş yolu haqqında şagirdlərə bəhs ediblər. Onlara Vətənə layiqli övlad olmaqlarını arzu ediblər. Öz növbəsində tədbirə dəvət edilmiş Aprel döyüşlərinin qazisi baş leytenant Azər Məmmədov və Aprel döyüşlərinin iştirakçısı MAXE Aqil Məmmədov döyüş haqqında xatirələrini bölüşərək, şagirdlərə öz tövsiyyələrini verdilər, onların suallarını cavablandırıblar, ölkəmizin müstəqilliyi uğrunda şəhid olanları ehtiramla yad ediblər.

         Tədbirdə çıxış edən YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov öz çıxışında təhsil ocaqlarında bu cür tədbirlərin keçirilməsinin və gələcək nəsillərə çatdırılmasının zəruri olduğunu bildirib. Çıxış üçün söz alan Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı və eyni zamanda məktəbin direktoru Nəcibə Axundova öz çıxışında aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirdiyini vurğulayıb. N.Axundova rəhbərlik etdiyi təhsil ocağında şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür tədbirlərin təşkil olunmasının vacib olduğunu vurğulayıb. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi