31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırım

    Bu gün məktəbdə tarix müəllimi Lalə Məmmədovanın təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş anım günü tədbiri keçirilib. Məktəb rəhbərliyinin, müəllimlərin, 5, 6 və 7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə şagirdlər 1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan , Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım aktı törətdikləri barədə məruzələrlə çıxış ediblər, XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımına həsr olunmuş şerlər səsləndiriblər, 31 mart tarixində daşnak erməni silahli dəstələri tərəfindən minlərlə dinc əhalinın yalnız milli mənsubiyyətinə görə məhv edilməsini əks etdirən səhnəciklər nümayiş etdiriblər. Daha sonra Ermənilərin Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etdiklərini, insanları diri-diri yandırdıqlarını, milli mədəniyyət abidələrimizi dağıdıb məhv etdiklərini əks etdirən video çarx nümayiş etdirilib. Soyqırım qurbanlarının əziz xatirəsini dərin ehtiramla anır, Vətən şəhidlərinə Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi