“Laylay, Xocalım, laylay”

        Məktəbin akt zalında Azərbaycan dili müəllimi Sevil Əlizadənin və musiqi müəllimi Əmər Ələkbərovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Laylay, Xocalım, laylay” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir məktəb rəhbərliyinin, pedaqoji heyətin, valideyn və şagirdlərin iştirakı ilə keçirilib. İlk öncə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ədəbi-bədii kompozisiyada Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub. Çıxış edən şagirdlər Xocalı faciəsinə həsr edilən şeirlər səsləndiriblər, dəhşətli gecədə olanları əks etdirən bədii səhnələrlə qonaqların qarşısında çıxış ediblər.          Mənfur düşmənin hər dəfəsində Azərbaycan xalqına vurduğu zərbələrə baxmayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində qalibiyyəti bütün dünyaya nə qədər məğrur və böyük xalq olduğumuzu sübut etdi. Bu müharibə tariximizin şanlı qəhrəmanlıq, zəfər salnaməsidir. Böyük Zəfərimiz nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. Məhz elə buna görə ədəbi-bədii kompozisiya nikbin notlarla yekunlaşıb. Şagirdlər “Zəfər marşı” - nı ifa ediblər. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılarına, onların bədii rəhbərlərinə və gələn qonaqlara öz təşəkkürünü bildirib. Erməni hərbi birləşmələrinin Xocalı sakinlərinə qarşı törətdiyi cinayətlər haqqında danışan Nəcibə Axundova Xocalı faciəsinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını, soyqırım qurbanlarının xatirəsi daim uca tutulacağını vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi