“20 Yanvar – tariximizin qan yaddaşı” adlı “dəyirmi masa”

       19 yanvar tarixində məktəbdə tarix müəllimi Günay Həsənovanın və Uşaq Birliyi rəhbəri Aysel Qəribovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “20 Yanvar – tariximizin qan yaddaşı” adlı “dəyirmi masa” keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tarix müəllimi Günay Həsənova şagirdlərə 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. 20 Yanvar faciəsinin xalqımızın hüzn, həm də şərəf günü olduğunu bildirib. Tədbirdə iştirak edən VI B, VIII B və IX A sinif şagirdləri Qanlı yanvara həsr etdikləri məruzələrlə və şeirlərlə çıxış ediblər. Məktəbin II A və II B sinif şagirdləri isə Qanlı gecədə baş verən hadisələri rəsm əsərləri ilə canlandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi