Əhməd Cavadın anadan olmasının 130 illik yubileyi

        30.12.2.22 tarixində məktəbdə Əhməd Cavadın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi  Sevil Əlizadənin, musiqi müəllimi Əsmər Ələkbərovanın, Uşaq Birliyi Rəhbəri Aysel Qəribova və məktəbin kitabxana müdiri Ana Qəhrəmanovanın  təçkilatçılığı ilə baş tutdu. Görkəmli şairə həsr olunmuş yubiley tədbirinin açılışı Azərbaycan Respublikasını Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə  öz şerləri ilə xalqı milli azadlığa səsləyən Ə.Cavad haqqında videoçarx nümayiş etdirildi, ədibin əsərlərindən ibarət bədii kompozisiya  təqdim olundu. Kompozisiyada Əhməd Cavadın  ölməz əsərlərindən səhnələr nümayiş olundu, şerlər, musiqilər səsləndi.  Bugünki tədbirə Vətən müharibəsinin iştirakçısı, Füzulidən Şuşaya qədər qələbə yolunu fəth edən XTQ qazisi  Həsənov Şiraz Elburus oğlu və XTQ qazisi Allahverdiyev Zaməddin Nizami oğlu da qoşuldu. Onlar şagirdlərə Vətən müharibəsi zamanı  keçdikləri məğrur yoldan, Azərbaycan əsgərlərinin şücaəti, Ordumuzun Vətən uğrunda savaşı haqqında danışdılar. Öz növbəsində məktəbin direktoru Nəcibə Axundova  nitqi ilə çıxış edərək Əhməd Cavadın yaradıcılığı haqqında tədbirin iştirakçılarına bəhs etdi. Onun hər dəfə qürurla səsləndirdiyimiz Azərbaycan Respublikasının  Dövlət Himninin müəllifi olduğunu uşaqların diqqətinə çatdırıb. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi