Dahi Şəxsiyyətin Anım Günü

        Dekabrın 12-si Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbdə xalqımızın Ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş”dəyirmi masa” keçirilib. İlk öncə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Arzu Həsənovanın təşkilatçılığı ilə hazırlanmış anım tədbirində şagirdlər Ulu Öndərə həsr olunmuş məruzələr səsləndiriblər. Məktəbin direktoru Nəcibə Axundova öz növbəsində dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi,elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu xüsusən qeyd edib.Tədbirdə Ulu Öndərə ümümxalq məhəbbətin açıq təzahürün göründüyü və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb. “Dəyirmi masadan" sonra Arzu Həsənova, məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Aysel Qəribova və məktəbin kitabxana müdiri Ana Qəhrəmanova şagirdlərlə birlikdə Heydər Əliyev Mərkəzinə gedib, Heydər Əliyev Muzeyində Ümummilli liderin şərəfli ömür yolu, həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi